Dünya çempionatında uğurlu çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar
17
sen
2025
22:29
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.
"Report" xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, komanda mundialda 1 gümüş və 3 bürünc medal qazanıb.
Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...