DÇ-2026 seçmə mərhələsi: Azərbaycan İslandiya ilə qarşılaşacaq
Azərbaycan milli futbol komandası 2026-cı il Dünya Çempionatının vəsiqəsi üçün ilk qarşılaşmasına çıxacaq.
BAKU.WS xəbər verir ki, ilk sınaq olaraq, komandamız İslandiya ilə qarşılaşacaq.
Görüş İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək və Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Oyunu idarə etmək üçün Niderlanddan olan hakim Sander van der Eykin təyin edilib. Onunla birgə yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot yer alacaq.
Qeyd edək ki, milli komandalar buna qədər bir dəfə üz-üzə gəlib. 2008-ci ildə oynanılan matçda yığmalar 1:1 hesablı bərabərliyə imza atıblar.
Oxşar xəbərlər
"Sabah" "Qarabağ"ı qəbul edəcək
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. BAKU.WS xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat...