DÇ-2026-da günün yekunu: Almaniya 7, İsveç 5 qol vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.
BAKU.WS xəbər verir ki, günün ən böyükhesablı qələbəsini Almaniya millisi qazanıb. Avropa təmsilçisi Kurasao yığmasını 7:1 hesabı ilə məğlub edib.
İsveç millisi də uğurlu nəticəyə imza ataraq Tunis üzərində 5:1 hesablı qələbə qazanıb.
F qrupunun digər görüşündə Niderland və Yaponiya yığmaları üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
E qrupunda isə Fildişi Sahili Ekvador millisini minimal hesabla üstələyib. Afrika təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...