DÇ-2026: Bu gecə mundialın üçüncüsü bilinəcək - Fransa ilə İngiltərə üz-üzə
18
iyl
2026
10:30
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə üçüncü yer uğrunda oyun keçiriləcək.
Fransa və İngiltərə milliləri bürünc medal uğrunda üz-üzə gələcəklər. Mayamidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Oyunu venesuelalı baş hakim Xesus Valensuela idarə edəcək.
Xatırladaq ki, DÇ-2026-nın finalı iyulun 19-da keçiriləcək. Həlledici görüşdə İspaniya və Argentina milliləri çempionluq uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. BAKU.WS xəbər verir ki,...