DÇ-2026: Argentina millisi Braziliyanı məğlub edib
DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina millisi Braziliyanı məğlub edib.
"Report" xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son dünya çempionlarının heyətində Xulian Alvares (4), Entso Fernandes (12), Aleksis Makallister (37) və Culiano Simeone (71) fərqlənib. Braziliya millisinin yeganə qolunu Matheus Kunya 26-cı dəqiqədə rəqib qapısından keçirib.
Argentina millisinin futbolçusu Lionel Messi zədə səbəbindən bu oyunda iştirak etməyib.
Qeyd edək ki, "Tanqoçular" dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib. 31 xalla turnir cədvəlinin ilk pilləsində yer alan Argentina hələ bu oyundan əvvəl mundialdakı yerini təmin edib. Braziliya isə hazırda 21 xalla dördüncüdür. Seçmə mərhələnin sonunda turnir cədvəlində ilk 6 yeri tutan komandalar dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Oxşar xəbərlər
"Kəpəz" "Qəbələ"yə, "Sumqayıt" "Neftçi"yə qarşı
Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək. BAKU.WS xəbər verir ki, birinci oyun günündə turnir cədvəlində qonşu olan koma...