ÇL: “Mançester Yunayted” və “Portu” klubları 1/4 finala yüksəliblər

07
mar
2019
03:00
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun həftəsinə yekun vurulub.BAKU.WS xəbər verir ki, 1/4 finala daha iki vəsiqənin sahibi müəyyənləşib.Günün maraqla gözlənilən qarşılaşması Parisdə keçirilib. İngiltərənin “Mançester Yunayted” klubu evdə 0:2 hesabı ilə uduzsa da, Fransada PSJ səddini keçmək uğrunda mübarizə aparıb.Baş məşqçi dəyişikliyindən sonra yüksəlişdə olan Ole-Qunnar Sulşerin yetirmələri çətin görünən bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar. Heyətində ciddi itkilər olmasına baxmayaraq, 3:1 hesablı qələbə qazanan İngiltərə klubu 1/4 finala yüksəlib.Digər qarşılaşmada isə mərhələ adlayan komandanın adına əlavə vaxtda aydınlıq gəlib. İtaliya paytaxtı Romada eyniadlı komandaya 1:2 hesabı ilə uduzan “Portu” əsas vaxtda bu məğlubiyyətin əvəzini çıxa bilib.Əlavə vaxtın sonlarında daha bir qol vuran meydan sahibləri 1/4 finala yüksəliblər. Maraqlıdır ki, digər görüşdə olduğu kimi “Draqao” stadionunda da həlledici olan sonuncu qol penaltidən vurulub.Qeyd edək ki, bir gün əvvəl Hollandiya “Ayaks”ı və İngiltərə “Tottenhem”i də 1/4 finala yüksəliblər. Sonuncular Almaniya təmsilçisi Dortmund “Borussiya”sını (3:0, 1:0), Amsterdam klubu isə İspaniya “Real”ını (1:2, 4:1) mübarizədən kənarlaşdırıb. 1/8 final mərhələsinə martın 13-14-də keçiriləcək 4 oyunla yekun vurulacaq.Çempionlar Liqası1/8 finalCavab oyunları6 mart“Portu” (Portuqaliya) – “Roma” (İtaliya) – 3:1, əlavə vaxtdaQollar: Tikinyo, 26, Mareqa, 53, Telles, 117 (pen.) – De Rossi, 37 (pen.)Baş hakim: Cüneyt Çakır (Türkiyə)Portu. “Draqao” stadionuİlk oyun – 1:2PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə) – 1:3Qollar: Bernat, 12 – Lukaku, 2, 30, Reşford, 90+4 (pen.)Baş hakim: Damir Skomina (Sloveniya)Paris. “Park de Prens” stadionuİlk oyun – 2:0BAKU.WS














Oxşar xəbərlər
AvroLiqa: 1/8 finala vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.Bu, yarışın 5 qat qalibi olan İspaniya "Sevilya"sıdır. Əndəlüs...
