Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər

Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər
Digər 46

Yeni araşdırmaya görə, dırnaq dibində yaranan qızartı ürək, qaraciyər və revmatoloji xəstəliklər kimi gizli sistemik xəstəliklərin əlaməti ola bilər.

BAKU.WS xəbər verir ki, ABŞ-nin Rutgers Nyu-Cersi Tibb Məktəbinin apardığı araşdırmada dırnağın dibində yerləşən aypara formalı ağ hissənin qırmızı rəngə çevrilməsinin ürək çatışmazlığı, sirroz və iltihablı revmatizm kimi ciddi xəstəliklərin erkən göstəricisi ola biləcəyi müəyyənləşdirilib.

Beynəlxalq araşdırmada dırnaq strukturunda bu rəng dəyişikliyi ilə bağlı indiyədək qeydə alınmış tibbi hallar araşdırılıb. Mütəxəssislər dırnaq dibinin normal ağ rəngini itirərək qızarmasının nadir hal olduğunu bildiriblər. Bu vəziyyətin kapilyar damarların genişlənməsi ilə ürək-damar, qaraciyər, qan və revmatoloji xəstəliklərlə əlaqəli ola biləcəyi qeyd edilib.

Araşdırmada rəng dəyişikliyinin neçə dırnaqda müşahidə olunmasının diaqnostika baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Məlumata görə, qızartının yalnız bir dırnaqda olması, əsasən, dırnaqaltı şişlər və ya yerli toxuma infeksiyaları ilə əlaqəli ola bilər. Lakin dəyişiklik bir neçə dırnaqda eyni vaxtda müşahidə edilərsə, bu, bütün orqanizmə təsir edən sistemik xəstəliyin göstəricisi ola bilər.

Tədqiqatçılar bildiriblər ki, bu əlamət nadir görüldüyü üçün həm həkimlər, həm də pasiyentlər tərəfindən diqqətdən kənarda qala bilər. Onlar dırnaq dibində nəzərəçarpan qızartı aşkar edən şəxslərə vaxt itirmədən hərtərəfli tibbi müayinədən keçməyi tövsiyə ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər