Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır
16
sen
2026
21:46
2027-ci ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6 milyard 865 milyon manat vəsait köçürəcəyi gözlənilir.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə cəmi 3 milyon manat (cüzi) çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir
Slovakiya Rusiyadan qaz idxalının dayandırılması planı fonunda Azərbaycan, Əlcəzair və ABŞ-dən ildə təxminən 1 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan uzun...