Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır
16
sen
2026
21:21
2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan səhiyyə xərclərini 3 % artırır
2027-ci ildə Azərbaycanda səhiyyə xərclərinin 2 milyard 82,6 milyon manat olması nəzərdə tutulur. BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. M...