"Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 avtobus ayrılıb
25
may
2019
17:30
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.Onun sözlərinə görə, qurum mayın 20-dən 30-dək gücləndirilmiş rejimdə çalışacaq: "Martın 19-da kordinasiya şurası yaradılıb. Şuraya Bakı Nəqliyyat Agentliyi rəhbərlik edir. Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb".Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.
Oxşar xəbərlər
Bakıya 30 mindən çox əcnəbi azarkeş gələcək - Azad Rəhimov
Bakı Avropa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır.BAKU.WS xəbər verir ki, b...