Çempionlar Liqasında "Qarabağ"ın növbəti oyunlarındakı şansı dəyərləndirildi
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışında idman jurnalisti Səbuhi Musa UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda keçirilən "Liverpul" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, "Qarabağ"ın "Liverpul" üzərində qələbə qazanacağını, demək olar ki, heç kim gözləmirdi:
"Bütün çətinliklərə baxmayaraq, Ağdam klubu bu oyunda tarix yazmağı bacardı. Futbolçuları tənqid etmək düzgün olmaz. Komanda matçın ilk hissəsində kifayət qədər yaxşı oyun nümayiş etdirdi".
Jurnalist həmçinin "Qarabağ"ın növbəti matçda qarşılaşacağı rəqiblərdən asılı olaraq şanslarını dəyərləndirib:
"İngilis komandaları ilə matçlarımız uğurlu olmur. Düşünürəm ki, PSJ ilə qarşılaşma daha uyğun variant ola bilər. Paris təmsilçisinin baş məşqçisi Luis Enrike "Barselona" məktəbinin yetirməsidir. Qurban Qurbanov da eyni üslubu mənimsəyib. Oyun taktikasının oxşarlığı "Qarabağ"ın PSJ-yə qarşı daha rahat çıxış etməsinə şərait yarada bilər".
Oxşar xəbərlər
Fiziyev və Ruffi UFC 325 öncəsi üz-üzə gəlib
UFC 325 turniri ərəfəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə braziliyalı Maurisio Ruffi ilk dəfə rəsmi şəkildə üz-üzə gəliblər. BAKU.WS xəbər verir ki,...