Çempionlar Liqası: "Qarabağ" bu gün "Kopenhagen"i qonaq edəcək
UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün "Qarabağ" növbəti oyununu keçirəcək.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Bakıda Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşacaq.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:45-də start götürəcək. Oyunun baş hakimi isə Niderlandlı FIFA referisi Serdar Gözübüyük olacaq.
Xatırladaq ki, turnirin ilk turunda "Qarabağ" səfərdə Portuqaliyanın "Benfika" klubunu 3:2 hesabı ilə məğlub edib. Danimarka təmsilçisi "Kopenhagen" isə doğma meydanda Almaniyanın "Bayer 04" komandası ilə 2:2 hesablı bərabərliyə razılaşıb.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupu...