Çempionlar Liqası: "Nyukasl" və "Barselona" oyununun ehtimal olunan hesabı açıqlandı
Çempionlar Liqasında "Nyukasl" və "Barselona" arasında keçiriləcək matçın ən çox ehtimal olunan hesabı açıqlanıb.
BAKU.WS xəbər verir ki, "Barselona"nın Çempionlar Liqasında "Nyukasl"la oyunda qalib gələcəyi proqnozlaşdırılır.
Analitiklər katalonların az hesabla qələbə qazanacağını proqnozlaşdırıblar. Katalonların qələbə şansı təxminən 2.30, qonaqların isə ehtimal olunan hesabı 2-3-dür. Heç-heçə 4.00, "Nyukasl" qələbəsi isə 2.90-dır.
Dörddəbir finala vəsiqə uğrunda mübarizə aparan digər komandalar "Liverpul" ilə "Qalatasaray", "Atletiko Madrid" ilə "Tottenhem", "Atalanta" ilə "Bayern Münhen", "Arsenal" ilə "Bayer Leverkuzen", PSJ ilə "Çelsi", "Real Madrid" ilə "Mançester Siti" və "Bodo-Glimt" ilə "Sporting CP" olacaq.
Qeyd edək ki, 2025/26 mövsümünün Çempionlar Liqasının finalı 30 mayda Budapeştdə keçiriləcək. PSJ hazırkı titulun sahibidir.
Oxşar xəbərlər
Avropa çempionatı: Niderland millisi Bakıda ikinci qələbəsini qazanıb
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında Niderl...