"Çelsi"nin baş məşqçisi: "Qarabağ"a qarşı oynamaq çətin idi

Çelsinin baş məşqçisi: Qarabağa qarşı oynamaq çətin idi
İdman 350

"Oyuna yaxşı başladıq, lakin iki qol buraxdıq. Daha sonra müəyyən dəyişikliklərə getdik".

BAKU.WS xəbər verir ki, bu sözləri İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ağır rejimdə oynadıqlarını bildirib: "Buna görə oyun ərzində müəyyən rotasiyalar etdik. İkinci hissədə daha yaxşı idik. Mən əvvəl də demişdim ki, "Qarabağ" çox yaxşı komandadır. Onlar uğurlu işlər görürlər. Rəqibimizə qarşı oynamaq çətin idi. Ağdam təmsilçisi yaxşı pressinq etdi. Azarkeşlərə gözəl atmosferə görə təşəkkür edirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi...

30 İdman 23:40 06 avqust 2026

Son xəbərlər