Bundesliqanın iki klubu Mahiri almaq istəyir
Azərbaycan millisinin və "Nürnberq"in hücumçusu Mahir Emreli komandanı tərk edə bilər.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, o, karyerasını elə Almaniyada davam etdirməyə yaxındır.
Futbolçu ilə Bundesliqadan 2 klub yaxından maraqlanır.
Klubların adı açıqlanmasa da, Mahirin transferində israrlı olduqları bildirilir. Bu barədə Almaniya mətbuatında da xəbərlər yayılmağa başlayıb.
Mahir isə "Nürnberq"i tərk etmək istəmir. O, komandada qalaraq, son matçlardakı uğurlu performansını davam etdirmək niyyətindədir.
Lakin ciddi təklif olacağı halda, həmyerlimiz mövsümün sonunu gözləyəcək.
Qeyd edək ki, Emrelinin II Bundesliqa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
Oxşar xəbərlər
"Traktor" futbol klubu ətrafında nə baş verir?
"Son günlər Təbrizdə yalnız futbol komandası deyil, Güney Azərbaycanın səsi və İranda Azərbaycan-türk kimliyinin rəmzi olan "Traktor" klubu ətrafında narahatlıq...