İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
Azərbaycan Qran-prisində üçüncü yeri tutan "Red Bull" pilotu İsak Hacar karyerasında ilk podiumuna görə çox şad olduğunu bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İ.Hacar yarışdan sonrakı müsahibəsində bildirib.
"Mən xoşbəxtəm. Özümü güclü hiss edirəm və bu həftəsonu addım-addım irəlilədim. Bu trasda (Bakıda – red.) çox tez divara çırpılmaq olar, mənə isə bu, heç lazım deyildi. Buna görə də yavaş-yavaş özümə inamı artırırdım və bu yanaşma nəticə əldə etməyə imkan verdi. Bu, təmiz temp sayəsində qazanılan ilk podiumumdur, ona görə də çox məmnunam", - o qeyd edib.
Oxşar xəbərlər
Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağını deyib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ayx...