Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı"

Corc Rassell: Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı
İdman 24

"Mersedes" pilotu Corc Rassell Azərbaycan Qran-prisindəki qələbəsi haqqında fikirlərini bölüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, sürücü bu barədə yarışdan sonra açıqlama verib.

O, Qran-pri ilə bağlı danışıb:

"Hər yarışa qələbə üçün çıxıram. Bu gün məndə hər şey alındı. Son Qran-prilər mənim üçün uğursuz olmuşdu. Amma Bakıda yaxşı nəticə qazandım. Son dövrədə sarı bayraqlar gördüyüm üçün sürətimi bir qədər azaltmışdım".

Qeyd edək ki, "Formula" 1 üzrə Azərbaycan Qran-prisində Corc Rassell bütün rəqiblərini qabaqlayıb. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər