Buffondan futbolla bağlı radikal təklif - Qapı ölçüləri dəyişdirilsin
İtaliyan futbolunun əfsanəvi qapıçısı Canluici Buffondan futbolla bağlı radikal təklif gəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, qapıçıların boyunun uzandığını əsas gətirərək qapı ölçülərinin dəyişdirilməli olduğunu bildirib:
"Bu barədə düşünməyə başlamalıyıq. Bu yaxınlarda ailəm və həyat yoldaşımla bu məsələni müzakirə edirdik. Qapının hündürlüyü 1875-ci ildə müəyyən edilmişdi və yəqin ki, o dövrün antropometrik dəyərlərinə uyğun idi. Amma indi bəzi idmançıları və qapıçıları nəzərə alsaq, bu barədə düşünmək lazımdır. Voleybolda da torun hündürlüyü müzakirəyə açıqdır”.
"Bu barədə qərar vermək mənim ixtiyarımda deyil. Bunu qiymətləndirəcək və araşdıracaq idarəedici orqanlar var. Qapıçıların hündürlüyü artıb. Qapıçının hündürlüyünü uzaq məsafədən vurulan zərbələrə təsirini görmək olur. Otuz il bundan əvvəl "Hər 50 zərbəyə 10 qol vurulurdu. Bu gün 50 zərbədə 3 qol, bu, çox aşağıdır. İki metr boyunda olan qapıçıya uzaqdan qol vurmaq çox çətindir” - deyə Buffon əlavə edib.
Qeyd edək ki, 1875-ci ildə müəyyən edilmiş qala ölçülərində uzunluq 7,32, hündürlük isə 2,44 metrdir. Bu ölçülərdən bu gün də futbolda istifadə olunur.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...