Braziliyada "Vini Jr" adlı qanun qüvvəyə minir
İspaniyanın "Real Madrid" klubunun və Braziliya millisinin futbolçusu Vinisius Juniorun adı irqçiliklə mübarizə məqsədilə qəbul edilən yeni qanuna verilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, son illərdə dəfələrlə irqçi hücumlara məruz qalması ilə gündəmdə olan 23 yaşlı ulduza ölkəsindən daha bir dəstək gəlib.
Rio-de-Janeyro hökuməti irqçiliklə mübarizə məqsədilə yekdilliklə qəbul etdiyi qanuna "Vini Jr" adını verib.
Qanunun maddələrinə əsasən irqçiliyə yol veriləcəyi təqdirdə oyunlar dayandırılacaq.
Qanunun təbliği üçün "Marakana" stadionunda keçirilən mərasimdə Vinisius Junior da iştirak edib.
"Bu gün mənim üçün çox özəl bir gündür və ümid edirəm ki, ailəm mənimlə fəxr edir. Mən hələ çox gəncəm və adımın belə təqdirə layiq görüləcəyini heç gözləmirdim", - brazilyalı deyib.
Qeyd edək ki, Vinisius Junior bir neçə dəfə irqçiliyin qurbanı olub. O, ötən mövsüm 55 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Futbol üzrə Braziliya millisi ilk dəfə qara geyimdə oynayacaq - SƏBƏB
Futbol üzrə Braziliya milli komandası ilk dəfə olaraq meydana milli bayrağın rənglərindən ibarət ənənəvi formada deyil, qara köynəkdə çıxacaq. BAKU.WS xəbər ve...