Bellinqemdən Mourinyo açıqlaması: "Onunla işləmək mənim üçün xəyaldır"
"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem komandanın yeni baş məşqçisi Joze Mourinyo ilə çalışmağa başlaması barədə fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, ingiltərəli futbolçu portuqaliyalı mütəxəssislə arasında artıq müəyyən bağ yarandığını bildirib.
"Mourinyo kimi məşqçi ilə işləmək mənim üçün xəyaldır. Onunla yalnız bir dəfə görüşmək imkanım olub, amma bir insan kimi onu daha yaxından tanımağa çox şadam.
Mən artıq bir qədər daha yaşlı və təcrübəliyəm. Bu mövsümlə bağlı yaxşı hisslərim var. Yeni futbolçularımız və yeni məşqçimiz var. Bu klubda oynamaq mənim üçün böyük şərəf və imtiyazdır. Ümid edirəm, uzun illər belə davam edəcək", - deyə Bellinqem bildirib.
Qeyd edək ki, "Real Madrid" yeni mövsümdə ilk rəsmi oyununu avqustun 22-də La Liqada səfərdə "Espanyol"a qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə böyükhesablı məğlubiyyətə uğrayıb. BAKU.WS xəbər ver...