Belçika ABŞ millisini məğlub edərək 1/4 finala adlayıb
07
iyl
2026
07:15
Futbol üzrə dünya çempionatında Belçika ABŞ-ni məğlub edib.
BAKU.WS xəbər verir ki, Sietl stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 4:1 hesablı qələbə qazanıblar.
Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.
1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədikləri üçün məyusdur. BAKU.WS "Report"a istinadən x...