"Bavariya" 70 milyona yeni müdafiəçi almaq istəyir

Bavariya 70 milyona yeni müdafiəçi almaq istəyir
İdman 15

Almaniyanın "Bavariya" klubu İngiltərənin "Lids" komandasında çıxış edən və Bosniya və Herseqovina millisinin üzvü olan Tarik Muharemoviçi transfer etmək istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Münhen təmsilçisinin 23 yaşlı mərkəz müdafiəçisini qış transfer pəncərəsində heyətinə qatmaq üçün cəhd göstərəcək.

Məlumata əsasən, "Lids" futbolçunun satışında maraqlı olmasa da, onun üçün təxminən 60 milyon funt sterlinq (70 milyon avro) tələb edə bilər.

Muharemoviç cari mövsümdə İngiltərə klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 7 oyunda meydana çıxıb. Müdafiəçi bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bosniyalı futbolçunun "Lids"lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, onun hazırkı bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər