"Bakı"nın sabiq futbolçusu dünyasını dəyişdi

Bakının sabiq futbolçusu dünyasını dəyişdi
İdman 1957
"Bakı"nın sabiq futbolçusu Mustafa Kamal Söylemez vəfat edib.

BAKU.WS goal.az-a istinadən xəbər verir ki, müxtəlif illərdə "zolaqlılar"ın şərəfini qorumuş 32 yaşlı qapıçı dəm qazından dünyasını dəyişib.

"Bakı" Futbol Klubu Mustafa Kamalın dünyasını dəyişməsi ilə bağlı məlumat yayıb:

"Müxtəlif illərdə klubumuzun şərəfini qorumuş, hamının hörmətini və sevgisini qazanmış Mustafa Kamalın vaxtsız vəfatından hədsiz dərəcədə kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, yerin cənnət olsun, gözəl insan!"

Nəzərinizə çatdıraq ki, Mustafa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Mustafa Sandal 10 il birgə yaşadığı həyat yoldaşından boşanır (VİDEO)

Mustafa Sandal 10 il birgə yaşadığı həyat yoldaşından boşanır (VİDEO)

Türkiyənin pop ulduzu Mustafa Sandal iki həftə sonra rəsmi şəkildə arvadı ilə boşanacaq. BAKU.WS xəbər verir ki, bu haqqında “Duymayan Kalmasın” maqazin proqram...

1420 Şou-biznes 15:18 15 fevral 2018

Son xəbərlər