Bakıda bu stadion TƏMİR OLUNACAQ
14
yan
2026
14:57
Azərbaycan İdman Akademiyası balansında olan stadionun əsaslı təmiri ilə bağlı satınalma elan edib.
BAKU.WS-in məlumatına görə, məqsəd stadion ərazisində köhnəlmiş infrastrukturun yenilənməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsidir.
Təmir işləri stadionun təhlükəsizlik səviyyəsini artıracaq, idmançıların və tamaşaçıların rahatlığını təmin edəcək, eyni zamanda idman tədbirlərinin daha keyfiyyətli keçirilməsinə şərait yaradacaq.
Yenilənmiş stadion Akademiyada tədris və idman prosesinin səmərəliliyinə də müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
"Zirə" "Torpedo" ilə matçda hesabı açıb
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb. BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində...