Azərbaycanlı gənc Rüstəm Həsənov 3 ay məşq edib Dünya çempionatında II yer qazandı (VİDEO)

Azərbaycanlı gənc Rüstəm Həsənov 3 ay məşq edib Dünya çempionatında II yer qazandı (VİDEO)
Video
İdman 3212
Azərbaycanlı idmançı Rüstəm Həsənov sanda və kikboksinq üzrə yüksək nəticə əldə edib. BAKU.WS-in məlumatına görə, Rüstəm Həsənov bu iki idman növü üzrə cəmi 3 ay məşğul olmasına baxmayaraq qatıldığı WKF idman növü üzrə Dünya çempionatında yer tutub. O, kikboksinq üzrə yarışda 84 kiloqramda bütün rəqiblərini məğlub edərək finala adlayıb və yalnız həlledici görüşdə məğlub olaraq ikinciliklə kifayətlənib. Bununla yanaşı, Rüstəm Həsənov sanda üzrə də ikinci yeri tutub. Qeyd edək ki, WKF idman növü üzrə Dünya çempionatına 30-dan çox assosiasiya tərəfindən dəstək verilib. Bu turnirə ötən il 100-dən çox ölkədən 5000-dən çox idmançı qatılıb.ŞahinBAKU.WS

Son xəbərlər