Azərbaycan millisi növbəti görüşünü keçirib
01
okt
2018
19:23
Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII tur qarşılaşmaları keçirilir.Kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə üz-üzə gəlib. Yığmanın bütün şahmatçıları öz görüşlərini heç-heçə ilə başa vurub. Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Polşa – Azərbaycan - 2:2 Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5E.Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.BAKU.WS
Oxşar xəbərlər
Şahmatçılarımız Ermənistanı məğlub edib
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. BAKU.WS xəb...