Şahmatçılarımız Ermənistanı məğlub edib
28
sen
2018
20:30
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. BAKU.WS xəbər verir ki, yığmamız V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. Ermənistan - Azərbaycan - 1,5:2,5 Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1Qrant Melkumyan - Arkadi Naydiç - 1:0Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.BAKU.WS
Oxşar xəbərlər
Məmmədyarov "Sinquefield Cup" turnirində yenə heç-heçə edib
Bu gün ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirinin 7-ci turu keçirilib.“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu dəfə r...