Azərbaycanlı idmançı çempion olaraq ilkə imza atdı

Azərbaycanlı idmançı çempion olaraq ilkə imza atdı
Foto
İdman 146

Ötən gün Türkiyənin İstanbul şəhərində "Loca Fight Club"un təşkilatçılığı ilə möhtəşəm kikboksinq gecəsi keçirilib.

BAKU.WS xəbər verir ki, yarışın qaydalarına görə, 81 kq çəki dərəcəsində qran-pri qalibi olmaq üçün idmançılar bir neçə saat ərzində dünyaca məşhur 8 güclü rəqib arasında 3 döyüş keçirməli olub.

"Sərhədçi" komandası bu mötəbər yarışa 81 kq çəki dərəcəsində idmançımız, dəfələrlə Azərbaycan çempionu, dünya çempionatının mükafatçısı və digər beynəlxalq turnirlərin qalibi, "Pələng" ləqəbli Qəşəm Məmmədovla qatılıb.

Olduqca gərgin mübarizələr zamanı kifayət qədər təcrübəli idmançılar sayılan İsa Göcmen, Berat Altıntop və finalda Alirıza Gambari üzərində inamlı qələbələr qazanmaqla o, çempion olmağı bacarıb və ilk dəfə olaraq "Türk Dövlətləri"nin ən böyük kikboksing- qran-pri turnirinin qalibi olub:

"Bu uğur, bir məşqçi olaraq məni çox sevindirdi. Eyni zamanda, komandamız üçün qarşıdakı mötəbər yarışlarda iştirak etmək üçün böyük imkanlar yaratdı və bizə güclü motivasiya verdi.

Bu yarışda iştirakımız üçün yaradılan şəraitə görə GIM-ə, DSX və AKF rəhbərliyinə, eləcə də "Loca Fight Club"un prezidentinə dərin təşəkkürümü bildirirəm".

Son xəbərlər