Azərbaycanın güləş millisinin baş məşqçisi: "Avropa çempionu olacağımızı bilirdik"
"Çempion olacağımızı bilirdik".
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.
Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib:
"Yarışa ciddi hazırlaşmışdıq. Güləşçilərimiz təlim-məşq toplanışlarında özlərini yaxşı tərəfdən göstərdilər. Çempion olacağımızı gözləyirdik, qazanılan nəticə təsadüfi deyil. Düzdür, qızıl medalların sayının çox olacağını ümid edirdik. Osman Nurməhəmmədovdan çempionluq gözləyirdim. Təəssüf ki, alınmadı. Səhvlərimizin üzərində işləyəcəyik və onları aradan qaldırıb, qarşıdakı yarışlarda qızıl medallarımızın sayını artırmaq istəyirik".
Qeyd edək ki, təmsilçilərimiz turniri 1 qızıl, 1, gümüş və 4 bürünc medalla başa vurublar.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya veril...