Azərbaycanın FIFA referisi Xorvatiya yığmasının oyununa təyinat alıb
12
noy
2025
10:50
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" klubunun prezidenti "Neftçi"yə təşəkkür edib
"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu barədə "köhlən atlar"ın rəhbəri klubun mətbuat xidmətinə açıqlama...