Azərbaycan güləşçisi dünya çempionatının qalibi oldu

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.
63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.
***20:44
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.
BAKU.WS xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev həlledici mərhələyə gedən yolda iranlı Armin Şamsipurhacıya qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, ötən gün Ziya Babaşov (63 kq) mundialın finalına yüksəlmişdi.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu: "Atletik"ə qarşı layiqli mübarizə aparmaq istəyirik"
"Qarabağ" "Atletik" (Bilbao, İspaniya) komandasına qarşı layiqli mübarizə aparmağa çalışacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbo...
