Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail" üzərində qələbə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.
Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.
"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.
Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.
Oxşar xəbərlər
"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türki...