Azərbaycan pauerliftinqçiləri dünya çempionatında 3 qızıl medal qazanaraq yeni rekorda imza atıblar

Azərbaycan pauerliftinqçiləri dünya çempionatında 3 qızıl medal qazanaraq yeni rekorda imza atıblar
Foto
İdman 121

Azərbaycan pauerliftinqçiləri noyabrın 14-17-də Rusiyanın paytaxtı Moskvada keçirilən pauerliftinq (WRPF) üzrə 10-cu dünya çempionatında iştirak ediblər.

BAKU.WS 1news.az-a istinadən xəbər verir ki, ümumilikdə Azərbaycan təmsilçiləri aktivlərinə altı medal yazdırıblar.

Belə ki, Vüsal Ağalarov, Nicat Hüseynov və Məhəmməd Nağıyev dünya çempionu olub. Komandaya gümüş və bürünc medalları isə Ramil Əhmədov gətirib. Məhərrəm Əsədzadə də bir gümüş medal qazanıb.

17 yaşadək idmançılar arasında Məhəmməd Nağıyev (60 kq) və Məhərrəm Əsədzadə (90 kq) çıxış ediblər. Nağıyev "Deadlift" (Cəkinin yerdən qaldırılması) hərəkətində 202,5 ​​kq qaldıraraq dünya və Avropa rekordlarını yeniləyib. Eyni hərəkətdə 230 kq ağırlığı qaldıran Əsədzadə isə öz çəki dərəcəsində gümüş medalçı olub.

Vüsal Ağalarov (110 kq) klassik hərəkətdə çıxış edərək, üç cəhdin cəmində 890 kq-ı qaldıraraq dünya çempionu olub. "Deadlift" hərəkətində 290 kq ağırlığı qaldıran Nicat Hüseynov (100 kq) da qızıl medala sahib çıxıb.

Ramil Əhmədov (110 kq) isə "Raw" divizionunda gücünü sınayıb. O, üç hərəkətin cəmində 815 kq ağırlıq qaldıraraq üçüncü olub. İkinci gün o, həmçinin avadanlıq bölməsində "Deadlift" hərəkətində ayrıca çıxış edərək 320 kq nəticə ilə ikinci yeri tutmuşdur. Bu, Ramil Əhmədov üçün 2024-cü ildə artıq altıncı beynəlxalq yarışdır.

Son xəbərlər