Azərbaycan millisi bu gün Fransa ilə qarşılaşacaq
16
noy
2025
09:13
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.
BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub. Azərbaycan Ağırlıqqaldırma Fe...