Azərbaycan Kubokunda dörddəbir finalın ilk mərhələsi başa çatır
Bu gün Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyunlarına keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.
BAKU.WS xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" doğma meydanda "Zirə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək. Ardınca isə saat 18:30-da "Səbail" öz meydanında turnirin əsas favoritlərindən biri olan "Qarabağ"ı qəbul edəcək.
Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyun günündə "Neftçi" "Kəpəz"i" 2:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.
Dörddəbir final mərhələsinin cavab oyunları isə 27-28 fevral tarixlərində keçiriləcək. Azərbaycan Kubokunda yarımfinalçılar məhz bu görüşlərdən sonra müəyyənləşəcək.
Oxşar xəbərlər
Azərbaycanda 2025-ci ilin ən yaxşı məşqçisinin adı məlum oldu
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi tədbirini keçirib. BAKU.WS xəbər verir ki, "Buta Palace"da təşkil olunan mərasim...