Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur

"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, Monako, Azərbaycan və Kanada Qran-prilərinin ləğv edilmə ehtimalı var.
Səbəb koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsidir. Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir.
Ləğv olunacağı təqdirdə, onlar Türkiyə, İtaliya (Mucello) və Almaniyadakı (Nyurburqrinq) yarışlarla əvəz edilə bilər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.
Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu yazıb.

Oxşar xəbərlər
Azərbaycan Qran-prisi zamanı keçiriləcək konsertin məkanı dəyişdirilib
"Formula-1" üzrə 2018-ci il Azərbaycan Qran-prisi zamanı keçiriləcək konsertlərin yeri dəyişdirilib."Report"un məlumatına görə, bu barədə "Sportbox.ru"ya müsahi...