Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb - SİYAHI
Azərbaycan idmançılarının 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.
Oxşar xəbərlər
"Misli" Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan...