Azərbaycan İdman Akademiyasının stadionu TƏMİR EDİLƏCƏK
Azərbaycan İdman Akademiyası stadion kompleksinin əsaslı təmiri ilə bağlı yeni satınalma elan edib.
BAKU.WS-in məlumatına görə, tenderin əsas məqsədi stadion kompleksinin infrastrukturunun bərpası və müasir standartlara uyğunlaşdırılmasıdır.
Təmir çərçivəsində birləşdirici sement qatlarının düzəldilməsi, döşəmələrin keramik və aqlay daş örtüklərlə yenilənməsi, yüksək keyfiyyətli aqlay plitələrinin quraşdırılması, eləcə də ehtiyat vəsaitlərin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, bu təmir akademiyanın idman infrastrukturunun müasirləşdirilməsi və tələbələrin təlim-məşq prosesinin daha yüksək səviyyədə təmin olunması baxımından mühüm addım sayılır.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı...