Azərbaycan boksçusu 1/8 finalda erməni ilə qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, birinci seansda Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor rinqə çıxıb.
Olimpiya mükafatçısı ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsində baş tutan qarşılaşma Sotomayorun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.
Boksçu 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.
Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.
Oxşar xəbərlər
Azərbaycanlı güləşçilər erməniləri döşəyə çıxmağa peşman etdi (VİDEO)
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.BAKU.WS xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edə...