"Ayntraxt"ın baş məşqçisi: Matçın taleyinin kiçik bir səhv dəyişdi
"Ayntraxt"ın müvəqqəti baş məşqçisi Dennis Şmitt Bakıda "Qarabağ"a qarşı keçirilən və 2:3 hesablı məğlubiyyətlə yekunlaşan oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
BAKU.WS xəbər verir ki, mütəxəssis qarşılaşmaya məyusluqla yanaşdıqlarını gizlətməyib.
Onun sözlərinə görə, oyunun əvvəlində buraxılan erkən qol komandanın planlarını pozub. Buna baxmayaraq, ilk qoldan sonra futbolçuların toparlandığını və fasilə zamanı bir sıra taktiki düzəlişlərin edildiyini vurğulayıb.
Şmitt qeyd edib ki, "Qarabağ" hesabı bərabərləşdirənədək təşəbbüs əsasən Almaniya təmsilçisinin tərəfində olub. Lakin rəqibin də təhlükəli hücumlarla cavab verdiyini deyən baş məşqçi, matçın taleyinin kiçik bir səhv üzündən dəyişdiyini bildirib.
"Qısa müddətdə bu oyuna hazırlaşmışdıq. Futbolçular meydanda maksimum səylə mübarizə apardılar. Psixoloji baxımdan komandada müəyyən çətinliklər var, üstəlik, bir neçə vacib itkimiz də mövcud idi. Buna baxmayaraq, heyətin potensialına inanıram. Qarşıdakı oyunlar üçün bu görüşü ciddi şəkildə təhlil edəcəyik. Axı mən möcüzə yaradan biri deyiləm", – deyə Dennis Şmitt əlavə edib.
Oxşar xəbərlər
"Qarabağ" ÇL-də 7 milyon avro QAZANDI
"Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi son qarşılaşmada yalnız meydandakı uğuru ilə deyil, maliyyə baxımından da diqqət çəkib. BAKU.WS-...