Avropa Liqası: "Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib

Avropa Liqası: Qarabağ FCSB klubuna məğlub olaraq pley-off şansını itirib
İdman 391

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.

Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çaçtmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.

***23:20

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda növbəti qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda önə keçiblər - 2:3.

Rumınların heyətində 73-cü dəqiqədə Adrian Şut dubl müəllifi olub.

***22:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda növbəti qol vurulub.

Rəqib komanda hesabı bərabərləşdirib. Beləliklə komandalar fasiləyə heç-heçə hesabla yollanıblar.

***22:26

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda növbəti qol vurulub.

Rəqib komandanın oyunçusu öz qapısını qol vurub. 41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.

Beləliklə də, komandamız hesabda önə keçib.

***21:54

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda növbəti qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesabı bərabərləşdiriblər - 1:1.

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-i dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

***21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Rumıniyanın FKSB klubu ilə qarşılaşır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü Filip Qlovanın başçılıq etdiyi slovakiyalı hakimlər briqadası idarə edir.

***21:04

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq "Qarabağ" - FCSB (Rumıniya) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Fabian Buntiç, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Yankoviç, Leandro Andrade, Aleksey Kaşuk, Abdullah Zubir, Nəriman Axundzadə.

FCSB: Ştefan Tırnovanu, Radunoviç, Dava Coyskim, Siyabonqa Nqezana, Valentin Kreçu, Adrian Şut, Baba Alhassan, Marius Ştefenesku, Florin Tanase, David Mikelesku, Daniel Birlidca.

Oxşar xəbərlər

Juninyonun yeni klubunun adı məlum oldu

Juninyonun yeni klubunun adı məlum oldu

Meksikanın futbol klublarından olan "Pumas" heyətini "Qarabağ"ın sabiq üzvü ilə gücləndirib. BAKU.WS xəbər verir ki, klub 29 yaşlı braziliyalı hücumçu Olavio Ju...

37 İdman 11:14 21 dekabr 2025

Son xəbərlər