"Aston Villa" Avropa Liqasının qalibi oldu
21
may
2026
08:00
UEFA Avropa Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, final qarşılaşmasında İngiltərənin "Aston Villa" klubu Almaniya təmsilçisi "Frayburq" üzərində 3:0 hesablı qələbə qazanaraq tarixində ilk dəfə turnirin kubokunu başı üzərinə qaldırıb.
İstanbuldakı Beşiktaş Park stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendiya və Morqan Rocers vurublar.
Beləliklə, Birminhem təmsilçisi növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququ əldə edib və UEFA Super Kubokunda Çempionlar Liqasının qalibi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Neftçi" yeni mövsümün hazırlığına Bakıda başlayacaq, Sloveniyada toplanış keçirəcək
"Neftçi" komandasının 2026/2027 mövsümü üçün yay hazırlıq planı böyük ölçüdə bəlli olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki,, "ağ-qaralar" iyunun 10-da...