Aslan Kərimov: "Benfika" ilə oyunda açar oyunçular Zubir və Andrade olacaq"

"Qarabağ"ı klubunu "Benfika" ilə ağır və səviyyəli bir oyun gözləyir"
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
O əlavə edib ki, oyun üslubu və gedişatdan təxmin etmək mümkündür ki, "Benfika" öz evində daha aqressiv və basqılı oyun nümayiş etdirəcək:
"Rəqib komanda adətən üçlü müdafiə il oyuna çıxırlar. Cinah müdafiəçiləri hücumçu kimi çox öndə oynayırlar. Bizimlə hansı oyun üslubunu seçəcəkləri məlum deyil.
Hər halda topa sahib olmaq onlar üçün vacib olacaq. Bizim bu oyunda çıxış yollarımız nə ola bilər? Məncə, bu oyunda "açar oyunçu"lar cinahda çıxış edən futbolçular olacaq. Bu, bir cinahda Zubir, digər cinahda isə Andrade olacaq. Xüsusilə Andradenin sürətindən istifadə oluna bilər. Müdafiənin arxasına atılan toplarda yaxşı və sürətli keçidləri ola bilər.

Öndə pressinq edərkən rəqibin kombinasiyalı hücumlarının qarşısını almaqla qazanılan topları qol imkanına çevirmək mümkündür. "Qarabağ" futbolçuları bu pressinqi etməyə çalışacaq.
Bu oyunla bağlı nəticəni əvvəlcədən demək çətindir. "Qarabağ" səfərdən xalla da qayıda bilər, əksi də ola bilər. Matçın son fitinə qədər nəticənin necə olacağı məlum olmayacaq. Hər iki klub mübarizəni sona qədər davam etdirəcək".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Orxan Hüseyn
Oxşar xəbərlər
AFFA rəsmisi UEFA-dan təyinat alıb
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb. BAKU.WS xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin I tu...
