"Arsenal" və "Qarabağ"ın start heyətləri açıqlanıb

Arsenal və Qarabağın start heyətləri açıqlanıb
İdman 604
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI tur matçında İngiltərədə üz-üzə gələcək "Arsenal" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.Meydan sahiblərinin baş məşqçisi Unay Emeri ilk "11-lik"də cəmi 3 təcrübəli futbolçuya - zədəsini sağaldan Loran Koselni və Məsut Özilə, eləcə də Aleksandr Lyakazetə yer verib. Kapitan sarğısını isə Koselni daşıyacaq. "Qarabağ"ın heyətində isə Araz Abdullayev ehtiyatda qalıb. Hannes Halldorsson isə ümumiyyətlə, "18-liy"ə salınmayıb."Arsenal": 26. Emiliano Martines, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni (k.), 9. Aleksandr Lyakazet, 10. Məsut Özil, 15. Ensli Metlan-Naylz, 25. Karl Jenkinson, 49. Eddi Nketia, 59. Co Uillok, 87. Bukayo SakaEhtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Çarli Gilmor, 47. Zeçariya Medli, 72. Tayris Con-CulsBaş məşqçi: Unay Emeri"Qarabağ": 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald GerryeEhtiyat oyunçular: 13. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun DiniyevBaş məşqçi: Qurban QurbanovQeyd edək ki, Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər