"Arsenal" İngiltərə futbolu tarixində yeni rekorda imza atıb
Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun dördüncü turunda öz meydanında "Brayton" üzərində 2:0 hesablı qələbə qazanıb. Bu nəticə ilə "topçular" İngiltərə futbolu tarixində misilsiz rekorda imza atıblar.
BAKU.WS "Opta Sport" portalına istinadən xəbər verir ki, "Arsenal" bir ay ərzində keçirdiyi altı oyunun hamısında qapısından qol buraxmadan qalib gələn İngiltərə Premyer Liqasının ilk komandası olub.
Qeyd edək ki, "topçular" son matçlarda ardıcıl olaraq "Kristal Pelas"ı (1:0), "Fulhem"i (1:0), "Vest Hem"i (2:0) məğlub edib. Çempionlar Liqasında isə Madridin "Atletiko"sunu (4:0) və Yunanıstanın "Olimpiakos"unu (2:0) üstələyiblər.
Liqa Kubokunda "Brayton" üzərində 2:0 hesablı qələbə bu uğurlu seriyanı tamamlayıb.
Oxşar xəbərlər
"Fənərbağça" yeni transferlərini təqdim etdi
"Fənərbağça" yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Meyson Qrinvud, Natan Ake və Vedat Muriqi üçün rəsmi imza mərasimi keçirib. BAKU.WS xəbər verir ki,...