"Arsenal", Atletiko" və "Bayer" böyük hesablı qələbə qazandı
UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura start verilib.
Oyun gecəsi məhsuldar nəticələrlə yadda qalıb.
Londonun "Arsenal"ı səfərdə "Sportinq Lissabon"a heç bir şans verməyib - 1:5, İtaliyanın "Atalanta"sı da İsveçrədə səfərdə "Yanq Boyz"u darmadağın edib (1:6), "Barselona" evdə "Brest"ə 3:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası, Əsas mərhələ
V tur
"Slovan" (Slovakiya) - "Milan" (İtaliya) - 2:3
"Sparta" (Çexiya) - "Atletiko" (Madrid, İspaniya) - 0:6
"Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Niderland) - 3:3
"Bavariya" (Almaniya) - PSJ (Fransa) - 1:0
"İnter" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 1:0
"Barselona" (İspaniya) - "Brest" (Fransa) - 3:0
"Bayer" (Leverkuzen, Almaniya) - "Zaltsburq" (Avstriya) - 5:0
"Sportinq" (Lissabon, Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:5
"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 1:6
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün təşkil olunacaq.
Oxşar xəbərlər
"Sumqayıt"ın baş məşqçisi futbolçusu ilə əlbəyaxa dava edib
"Sumqayıt"ın baş məşqçisi Saşa İliçlə oyunçular arasında ciddi problemlər yaranıb. BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, serb mütəxəssis yarımmüdafi...