Arif Rəhimov: "Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq"

Arif Rəhimov: Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq
İdman 243

"Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacaqları təsdiqlənib".

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib.

O, qaliblərə kuboku təqdim edəcək şəxslərin yarışda iştirak edəcəklərini söyləyib: "Biz onları müvafiq qaydada yerləşdirməliyik. Xüsusən, bu, rəhbərlikdirsə. Amma azarkeşlər ümumiyyətlə olmayacaq".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər