Amerikalı dağ xizəkçisi Olimpiadada yıxıldıqdan sonra əməliyyat olunub

Amerikalı dağ xizəkçisi Olimpiadada yıxıldıqdan sonra əməliyyat olunub
İdman 24

İtaliyada keçirilən Olimpiya Oyunlarında sürətli eniş üzrə yarış zamanı yıxılan ABŞ-dən olan dağ xizəkçisi Lindsi Vonn əməliyyat olunub.

BAKU.WS xəbər verir ki, bu barədə həkimlərə istinadən Amerikanın "Fox News" telekanalı məlumat yayıb.

İdmançı yıxıldıqdan sonra sol ayağından sınıq alıb. O, helikopterlə xəstəxanaya təxliyə edilib və bu səbəbdən yarışlar 25 dəqiqəlik dayandırılıb.

Vonn aldığı zədədən sonra vəziyyətinin stabilləşdirilməsi üçün əməliyyat keçirib.

Fevralın 8-də bildirilib ki, idmançı sürətli eniş zamanı bayrağa ilişib, tarazlığını itirərək tras üzərinə yıxılıb. O, dizindən ciddi zədə alıb və başından zərbə alıb.

Lindsi Vonn 2010-cu il Olimpiya çempionudur (sürətli eniş). Həmçinin o, Olimpiya Oyunlarında supergiqant və sürətli eniş növlərində iki dəfə bürünc medal qazanıb.

Fevralın 7-nə keçən gecə Milan və Kortina-d"Ampezzo şəhərlərində XXV Qış Olimpiya Oyunları başlayıb. Olimpiya məşəlinin yandırılması mərasimi eyni vaxtda iki şəhərdə baş tutub. Milanda alov Sülh Tağı yaxınlığında, Kortina-d"Ampezzoda isə Anjelo Dibona meydanında yerləşdirilib. Açılış mərasimində ümumilikdə 92 nümayəndə heyəti iştirak edib. Milanda olimpiya məşəlini dağ xizəkçiləri Alberto Tomba və Debora Kompanyonni yandırıblar. İtaliyadakı Oyunlarda neytral statusda 13 rusiyalı idmançı iştirak edir. Onlar Olimpiadanın açılış mərasimində iştirak etməyiblər.

Son xəbərlər