Alman nəhəngi Arda Gülərə "elçi düşdü"

29
mar
2024
13:28
Almaniyanın "Bayern" klubu "Real Madrid"in türkiyəli ulduzu Arda Güləri heyətinə qatmaq niyyətindədir.
BAKU.WS İspaniya mətbuatına istinadən xəbər verir ki, klub gənc futbolçu üçün hərəkətə keçib.
"Bayern" rəsmilərinin "Real Madrid"in prezidenti Florentino Pereslə yaxşı münasibətdə olduğu və alman rəsmilərin Arda Gülər üçün sürpriz təklif edə biləcəyi iddia edilib.
Qeyd edək ki, mövsümün əvvəlində "Fənərbağça"dan "Real Madrid"ə transfer olunan gənc ulduz İspaniya nəhəngi ilə 7 matçda forma geyinib. Türkiyə millisinin futbolçu bu görüşlərdə 1 qol vurub.
Oxşar xəbərlər
Florentino Perezdən Arda Gülərlə bağlı QƏRAR
"Real Madrid"in prezidenti Florentino Perez transfer dövründə komandadan icarə əsasında ayrılacağı gözlənilən ggənc ulduz futbolçu Arda Gülərlə bağlı qərar veri...
