Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu

28
yan
2020
13:02
Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçilib.
BAKU.WS "qol.az"a istinadən xəbər verir ki, bu qərar qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə keçirilən ilk iclasında qəbul olunub.
Bundan başqa, vitse-prezidentlərin sayı 2-dən 3-ə artırılıb. Bu vəzifələrə əvvəlki vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, eləcə də AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov gətirilib.
Qeyd edək ki, E.Məmmədov 2007-ci ildən AFFA-nın baş katibi vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar açıqlanıb - RƏSMİ
Bu gün “Bulvar oteldə” AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. BAKU.WS xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub: - 2020-ci il ya...